Fəzail Ağamalının 2 müavini seçkidən çəkildi

Fəzail Ağamalının sədrlik etdiyi Ana Vətən Partiyasının (AVP) tanınmış simalarından olan partiya sədrinin müavini-sabiq maliyyə naziri, professor Fikrət Yusifov seçkilərdə iştirakdan kənara çəkilib. Onun namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

İmza vərəqələrini götürsə də, sabiq maliyyə naziri son anda seçkilərdə iştirakdan imtina edib.

Xatırladaq ki, YAP həmin dairədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın namizədliyini verib.

O da qeydə alınıb.

Həmçinin, qeyd edək ki, F. Yusifov 1992-ci ilin oktyabr ayında maliyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Maliyyə naziri vəzifəsində işləyib.

AVP-dən daha bir tanınmışın-sədr müavini Arzuman Abdulkərimovun da seçkilərdə iştirakdan geri çəkildiyi məlum olub.

Onun namizədliyi 107 saylı Qazax Seçki Dairəsindən verilsə də, hətta, adıçəkilən şəxs tərəfindən imza vərəqələri götürülsə də, sonda o da seçkilərdə iştirakdan geri çəkilmək qərarı verib.

Qeyd edək ki, həmin dairəni hazırda millət vəkili Kamran Nəbizadə təmsil edir.

Amma K. Nəbizadə ikinci dəfə seçkilərə qatılmayıb.

YAP isə həmin dairdən nüfuzlu simalarından olan millət vəkili, professor Səməd Seyidovun namizədliyini irəli sürüb. (etiketxeber.az)

635x100

Şərhlər

Səlahəddin 2020-01-16 22:32:43

Fəzail bəyin partiyasının neçə üzvü var və onlar niyə cəmiyyətdə görünmürlər.Yoxsa elə Ana vətən partiyası elə bu üç nəfərdən ibarətdir?Çox ehtimal ki,belədir.Yoxsa cəmiyyətdə onların səsi eşidilərdi,görünərdilər,hansı proqramları olduğunu,nə etmək düşündüklərini cəmiyyətə çatdırardılar.Bu isə görünmür.

elxan 2020-01-16 16:01:31

Seckinin şəffav kecirilməsinin ən yaxşı yolu dairə və məntəqə üzvlərinin yenidən təşkilidir. Başqa yolu yox. Yarımcıq və məsuliyyətsiz, yeri-yurdubilinməyənlərdən qurtulmaq lazımdı.

Son yazılar