Menu

“İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar cəfəngiyatdır” - Ruhani

15.01.2020, 13:15
“İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar cəfəngiyatdır” - Ruhani

Prezident Həsən Ruhani İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyaları cəfəngiyat adlandırıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün H. Ruhani İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

“İranın nüvə silahı əldə edəcəyi ilə bağlı informasiyalar növbəti cəfəngiyatdır”, - deyə İran Prezidenti vurğulayıb.

H. Ruhani Böyük Britaniyanın Baş Naziri Boris Consonun İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının “Tramp sazişi” ilə əvəzlənməsi təklifinin perspektivinə şübhə ilə yanaşdığını qeyd edib: “Mən bilmirəm ki, Boris Conson bunu necə etməyi planlaşdırır. O, Hərtərəfli Birgə Fəaliyyət Planının əvəzinə “Tramp sazişi”nin reallaşdırılmasından danışır. Tramp beynəlxalq müqavilələri pozmaqdan başqa nə edə bilər ki?”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol