Menu

YTP-də yeni təyinatlar olub

15.01.2020, 16:59
YTP-də yeni təyinatlar olub

AMEA-nın prezidenti Ramiz Mehdiyev “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-də (YTP) vəzifə təyinatları haqqında Sərəncamlar imzalayıb.

YTP-dən “APA-Economics”ə verilən məlumata görə, sərəncamlara uyğun olaraq “AMEA Yüksək Texnologiyalar Parkı”nın baş direktoru texnika elmləri doktoru Elton Məmmədovun təqdimatına əsasən “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin investisiya, kommersiya və istehsalat üzrə baş direktor müavini vəzifəsinə Elyar Kərimov, ümumi və strateji inkişaf üzrə baş direktor müavini vəzifəsinə Məmməd Bağır-zadə, Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri - baş mühasibi vəzifəsinə Jalə Cabarova təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol