Menu

İŞİD başçılarından biri məhv edildi

26.09.2014, 19:23
İŞİD başçılarından biri məhv edildi

İraq və Suriya ərazisində yuva qurmuş İŞİD-in başçılarından biri Bağdadın şimalına yazın ərazidə öldürülüb. Musavat.com-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “əl Sumariya” telekanalı məlumat yayıb.Məlumatda bildirilir ki, Abu İshaq əl-Asgari İraqın Ənbar vilayətində, Bağdadın 70 km-də aviahücum nəticəsində məhv edilib. İraq hərbçilərinin sözlərinə görə, aviazərbə nəticəsində İŞİD liderinin köməkçisi Abu Muhamemd əl-Adnani isə yaralanıb. Hücumlara Amerika aviasiyası da kömək edir.

“əl Cəzirə”nin xəbərinə görə, daha bir banda başçısı ölkənin şimalında, Mosulda hökumət qüvvələri ilə döyüşlərdə öldürülüb. Ancaq onun adı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol