Şəhid ailələri və Qarabağ əlillərinin mənzil təminatının yaxşılaşdırılması üçün işlər görüləcək.
APA-nın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Tədbirlər Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2020-ci ilin sonunadək Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılmasını təmin etmək tapşırılıb.


Şərhlər
Hörmətli "Azpolitika.info"! Deyəsən,ƏƏSMN-nin eyiblərinə də göz yumursunuz.Unutmayın ki,öz vəzifəsinə uyğun gəlməyən nazirlərdən biri də Sahil Babayevdir.Əlil və şəhid ailələırinə qarşı ögey münasibətə gəlincə,bilməlisiniz ki, indi müh.əlilləri və şəhid ailələri üçün daha dözülməzdir.MTK-larla sövdələşmə hesabına sosial cəhətdən həssas quruplar qazanc yerinə çevrilib.
Qarabağ əlillərinə aparıb Abşeronun ucqar Məhəmmədi kəndində mənzil verirlər.Bura müalicə almaq üçün olduqca əlverişsiz bir yerdir.Əslində ƏSMN ucqarlarda əlillərə mənzil verməklə alıcısı olmayan evləri alır və MTK-larla sövdələşməyə girir.On ildən artıqdır ki,ikinci qrup müharibə əlili kimi Nərimanoiv rayonunda mənzil növbəsindəyəm.Mənə də Məhəmmədi kəndində mənzil təklif etdilər.Şəhərdə yaşadığım halda ora getməyi özümə təhqir kimi hesasb etdim vəı həmin mənzildən imtina etdim.Müh.əlillərinə belə qayğı göstərməzlər.