Menu

Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlayıb

16.01.2020, 22:39
Senat Trampın impiçmenti çərçivəsində ittihamların müzakirəsinə başlayıb

ABŞ Senatı prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayıb. “Report” “The Hill” nəşrinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Bundan başqa senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.

Şərhlər

Elli 2020-01-16 22:51:15

reklam etdiyiniz malların qiymətləri niyə rus rubluynandır manatla deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol