Rusiya alman deputatı "arzuolunmaz şəxs" elan edib
Rusiya Avropa Parlamentinin deputatını ölkəyə buraxmayıb.
ANS PRESS-in məlumatına görə, Avropa Parlamenti deputat Rebekka Harmsın Rusiyaya daxil olmasına imkan verilməməsinə və onun "persona non grata" elan olunmasına etiraz edib.
Dünən Rusiyada saxlanılan ukraynalı pilot Nadejda Savçenkonun məhkəməsinə gələn Rebekka Harms Moskvaya çatanda öyrənib ki, onu "arzuolunmaz şəxs" elan ediblər. Almaniyadan olan deputat Harms ölkə ərazisinə buraxılmayıb.
Avropa Birliyi Rusiyanın bu hərəkətinə təəssüfləndiyini bildirib.


Şərhlər