Pensiyalar artırılacaq - Nazir vaxt açıqladı

"Bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artım ediləcək". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib.

2019-cu ilin yekunlarını qeyd edən S.Babayev sosial sahədə inqilabi addımların atılmasını, 4 milyon 200 min vətəndaşın rifahına birbaşa dəstəyi təmin edən iki islahat paketinin ötən ilin ən mühüm nailiyyətlərindən olduğunu deyib. 

Sosial ödənişlərdə edilən ciddi artımların beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib. O, 2019-cu ildə orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını söyləyib.

635x100

Şərhlər

Qalib Bəşirova 2020-01-19 10:59:17

Bunların düşüncəsi ondan artıq deyil.Özləri bisavad olduqlarından elə düşünürlər ki,onlardan ağıllısı yoxdur.Bu təbiidir....

Adil 2020-01-18 21:25:40

Azərbaycanda əhalinin sayını nazir bilmir? Necə olur, əhalinin yarıdan çoxu pensiyaçıdır? Vallah,adam heyrətə gəlir belə çıxışları,rəqəmləri görəndə! Belə bixəbərləri,anlaqsız adamları haradan tapıb nazir,İcra başçısı və s. qoyurlar?

Təqaüdçü 2020-01-18 11:55:28

Pensiyalar 2019-cu ildə Mərkəzi bankın verdiyi yalan inflyasiya dərəcəsinə əsasən artırılıb k. bu 2.2 faizdir..İkinci tərəfdən pensiya artımı 5-6 il bundan əvvəl ləğv edilmiş pensiyaların baza hissələuinə aid edilib ki.bu da əsassızdır. Belə yalan,təsdiqini tapmayan məlumatlarla çıxışınızın mənası anlaşılmazdır Siz hansı planetdə oturmusunuz?b

Bashirov Qarib 2020-01-18 11:46:02

Eyni xəbəri təkrar-təkrar neçə dəfə vermək olar? yeni xəbər kimi verirsiniz,hər sahədə də qiymətlər suni olaraq artırılır.

Son yazılar