Ebola virusundan ölənlərin sayı 3091-ə çatıb. Bu xəstəliyə yoluxanların isə sayı 6574-dür. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi Ümumdünya Səhiyyə Təçkilatına istinadən yayıb.
Təşkilatın hesabatında bildirilir ki. Liberiyada ölənlərin sayı xəstəliyin tüğyan etdiyi digər ölkələr – Sierra-Leon və Qvineyadan üç dəfə çoxdur.
Qeyd edək ki, Ebola virusundan müdafiə üçün eksperimental vaksin Afrika ölkələrində istifadəyə 2015 ilin əvvəlində hazır olacaq.


Şərhlər