ƏSMƏR ƏLİYEVA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞDÜ - “Qürur mənbəyimizsiniz” (Fotolar)

46 saylı Şirvan şəhər Seçki Dairəsindən deputatlığa namizəd Əsmər Əlimusa qızı Əliyeva bu gün şəhid ailələri ilə görüşü.

Namizədin seçki qərargahında baş tutan görüşdə Qarabağ döyüşlərində canını fəda edən şəhidlərimizin ailə üzvləri - valideynləri, bacı və qardaşları, övladları iştirak ediblər.

Deputatlığa namizəd Əsmər Əliyeva görüşdə çıxış edərək xalqımızın tarixən qəhrəmanlıq səlnaməsi yaratdığını, azadlıq, istiqlaliyyət, vətən, dövlət uğurunda canlarından keçən qəhrəmanlarımızın qəlblərdə daim yaşadığını qeyd etdi: “Nə xoş bizlərə ki, bu cür şanlı tariximiz var”.

Sabah 30 illiyi qeyd ediləcək qanlı 20 Yanvar faciəsindən danışan Əsmər Əliyeva, xalqımızın əliyalın Rusiya İmperiyasının ordusunun qarşısına çıxaraq, istiqlaliyyətini qanı bahasına əldə etməsindən danışdı. Qeyd etdi ki, o dövrdə Moskvada yaşayan ulu öndərimiz Heydər Əliyev xalqının başına gətirilən qanlı faciəyə biganə qalmayaraq, haqq səsini ucaltdı. “Ulu öndərimizin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verildi. Bu gün müstəqil dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müstəsna fəaliyyət göstərirlər. Şəhid ailələri dövlətin qayğıları ilə əhatə olunub. Biz gənclər İlham Əliyevin siyasi kursuna sadiq olub, öz siyasətə töhfəmizi verməliyik. Mən deputatlığa namizəd olaraq sizləri əmin edirəm ki, 9 fevral 2020-ci il tarixdə millət vəkili seçilərəmsə ali qanunverci hakimiyyətdə, parlamentdə sizləri layiqincə təmsil edəcəyəm. Mən sizləri seçki günü aktiv olmağa, seçki məntəqələrinə gələrək özünüzə layiq bildiyiniz namizədə səs verməyə çağırıram. Bir daha sizlərə, eləcədə bütün şəhid analarına, atalarına, bacı və qardaşlarına başsağlığı verib, hər birinizin əlindən öpürəm. Sizlər bizim qürur mənbəyimizsiniz”.

Şəhid Tofiq Əliyevin atası Tərlan Əliyev, şəhid Faiq Cavadovun anası Xuraman Cavadova, şəhid Mübariz İsrayılovun bacısı Amaliya İsrayılova, şəhid Malik Tağıyevin həyat yoldaşı İradə Atayeva və şəhid Azad Səttarovun anası Rəhimə Səttarova çıxış edərək, Əsmər Əliyevaya uğurlar arzuladılar və onunla görüşüb həmsöhbət olmalarından məmnun olduqlarını bildirdilər.

Bundan sonra Əsmər Əliyeva Şirvan şəhərinin mərkəzindən kənarda yerləşən Hacıqəhrəmanlı qəsəbəsinin sakini, Aprel döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun valideynlərini ziyarət etdi. “Bizim borcumuzdur ki, sizləri ziyarət edib, qayğılarınızla maraqlanaq”, deyən Əsmər Əliyeva, şəhid atası Rafiq Ərəbov və anası Narıngül xanımla səmimi söhbət etdi.

Şəhid valideynləri ziyarətə görə Əsmər Əliyevaya təşəkkürlərini bildirdilər. “Biz sizə şəhid valideyni olaraq təşəkkür edirik və şəhərimizin əhalisinə, əsasən də gənclərə səslənərək, sizə - Əsmər Əliyevaya səs verməyə çağırırıq. Biz şad olarıq ki, Milli Məclisdə şirvanlıları sizin kimi gənc, savadlı, alicənab, qayğıkeş xanım təmsil eləsin”.

Şəhid valideynləri ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Əsmər Əliyevanın seçkiqabağı təşviqat görüşləri davam edir.

635x100

Şərhlər

Secici 2020-01-26 17:44:30

Siz layiqsiz!

Ceyhun Veliyev Şahbaz oğlu 2020-01-25 17:55:40

Əsmər xanıma uğurlar mən və ailəə üzvləriim siziə dəstəkləyir

vusal 2020-01-19 22:12:30

Əsmər xanım böyük ürəyə malik insandır. onu hamımız dəstəkləyirik

Son yazılar