Menu

AFFA iki oyunçunu millidən qovdu - Siqarət çəkdikləri üçün

21.01.2020, 00:06
AFFA iki oyunçunu millidən qovdu - Siqarət çəkdikləri üçün

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iki futbolçusu heyətindən kənarlaşdırılıb.

Qol.az AFFA-nın saytına istinadla xəbər verir ki, bunlar “Neftçi”dən Elnur Hüseynov “Zaqatala”dan Vüsal Şabanovdur. Hər iki qapıçı nizam-intizam qaydalarını pozduqlarına görə, daha dəqiqi siqaret çəkdikləri üçün komandadan uzaqlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA məlumat göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol