Menu

Bakının mərkəzində universitet yanır? - FHN-dən açıqlama

21.01.2020, 22:58
Bakının mərkəzində universitet yanır?  - FHN-dən açıqlama


FHN ADNSU-da yanğın olması barədə yayılan məlumatlara münasibət bildirib.FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya açıqlamasında bildirib ki, bu gün axşam nazirliyin "112" xidmətinə ADNSU-da yanğın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər çıxıb. Lakin məlumat təsdiqini tapmayıb: "Yanğın olması barədə yayılan məlumatlar yalandır".

***

Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasında yanğın başlayıb. Bu barədə Trend məlumat yayıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol