Menu

“Naxçıvan” və “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

21.01.2020, 23:20
“Naxçıvan” və “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol