Reper Paster azadlığa buraxılıb

Reper Pərviz Quluzadə (Paster) azadlığa buraxlıb.

APA-nın məlumatına görə, məşhur reper ötən gün gündüz saatlarında cəza müddətini başa vuraraq azadlığa çıxıb.

Qeyd edək ki, bir ay öncə P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər edərkən polis tərəfindən saxlanılıb. Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar