Menu

İpoteka Fondunun səhifəsində problem yaranıb – SİSTEM İŞLƏMİR (FOTO)

22.01.2020, 10:03
İpoteka Fondunun səhifəsində problem yaranıb – SİSTEM İŞLƏMİR (FOTO)

Azərbaycanda kirayə evlər üçün müraciət bu gün yanvarın 22-də saat 10-da başlayır. 

Müraciətlərə yarım saat qaldığı bir vaxtda İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsinin fəaliyyəti dayanıb.

Bu barədə istifadəçilər məlumat verib. İstifadəçilərin təqdim etdiyi şəkillərdən görünür ki, sistemə ASAN imza ilə daxil olmağa çalışan istifadəçilər problemlə üzləşiblər.

Hələlik bunun texniki problem olub-olmadığını demək mümkün deyil. Çünki sistemin necə işlədiyi müraciətlər başlanandan sonra bilinəcək. Hələlik bununla bağlı İpoteka və Kredit Zəmanət Fondundan şərh verilməyib. /fed.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol