ARDNF-in valyuta portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər olacaq

2020-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun ilk dəfə olaraq investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Rəyə əsasən, Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70%-i (cari ildə 50%) ABŞ dollarında ifadə olunan aktivlərə, 15-30%-i (cari ildə 35%) avroda olan aktivlərə, 5%-ə qədəri İngiltərə funt sterlinqində (cari ildə eyni) olan aktivlərə, qalan 10%-ə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar