Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı qadın gölə düşərək boğulub.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər