YAP-ın namizədi 99 yaşını qeyd edən seçicisinin evinə gedib – İki şəhid ailəsini ziyarət edib (FOTOLAR)

Yeni Azərbaycan Partiyasının ən yaxşı təşviqat kampaniyası aparan namizədlərindən biri olan Sadiq Qurbanov yanvarın 24-də seçicilərlə görüşlərini davam etdirib.

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd həmin gün bir neçə kənddə seçicilərlə görüşüb, 2 şəhid ailəsini ziyarət edib, həmçinin 99 yaşlı seçicisinin evinə gedərək onu təbrik edib.

“Siyəzən rayonunda görüşlərimiz davam edir. Bu gün Böyük Həmyə, Balaca Həmyə kəndlərində və Gilgilcay qəsəbəsində sakinlərlə fikir mübadiləsi apardıq. Ağsaqqallardan Pirverdi müəllim, Hacı Fəzail, Füzuli müəllim, Əmrah baba, Əli müəllim, Uğur kişi və başqaları dövlətimizə, İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlara yaratdıqları şəraitə görə təşəkkür etdilər. Sonda yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədinə səs verərək aparılan islahatlara dəstək olacaqlarını qeyd etdilər”, - namizəd bildirib.

S.Qurbanov şəhid ailələrini ziyarət etməsi haqda “Feysbuk”da bunları yazıb: “Şəhidlər hec vaxt unudulmur! Siyəzən rayonunu Gilgilcay qəsəbəsində daha bir şəhid ailəsini ziyarət etdik. Abdulrəhimov Rasimin atası Gülmalı kişi oğlunun döyüş qəhrəmanlığından söhbət açdı. Prezidentimiz İlham Əliyevin fərmanına uyğun olaraq ailəsinə çatan birdəfəlik müavinəti - 11 000 manatı kəndin mərkəzində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün “Şəhidlər bulağı” adlandırılan bulağın inşasına xərclədiyini də bildirdi. Bizim qürur yerimizsiniz! Bu gün həmçinin Siyəzən rayonunun Gilgilçay qəsəbəsində şəhid Yalçın İsmayılovun da ailəsini ziyarət etdik. Şövkət anamız Yalçının uşaqlıq və yeniyetməlik illərini xatırladı. Dövlətimizin şəhid ailələrinə qayğısını yüksək qiymətləndirərək Prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bütün analar adından təşəkkür etdiyini söylədi. Ruhun şad olsun Yalçın qardaşımız!”

Hakim partiyanın namizədi daha sonar Siyəzən rayonu Böyük Həmyə kəndində yaşayan Məmmədov Əmrah Hacıəli oğlunun evinə gedərək, onun 99 yaşını təbrik edib.

635x100

Şərhlər

Baba 2020-01-26 14:31:24

Şərh yazılır,ancaq növbə YAP-a çatanda görünmür.

t.ədalət 2020-01-26 08:20:45

Əlil və şəhid ailələrinin evinə baş çəkməkdənsə onlara edilən haqsızlıqlara qarşı olmaq lazımdır.ƏƏSMN-yi bu adamları,guya mənzillə təmin edir-adıyla Aşeronun insan yaşamayan künc-bucağına səpələyir.Ölüm düşərgəsi qədər dözülməz olan ərazilərdə tikilən evlər məcburi həbsxana həyatı kimidir.Yəni,mənzilini satıb dərddən-bəladan canını quretara bilməzsən.Namizədlər,yaxşı olar ki,belə haqsızlıqları qeyd edsinlər.

Valeh 2020-01-26 00:46:30

Adamı geyindirib,medallarını taxdırıb şəklini çəkib sayta vurublar ki,buyurun bu YAP-ın namizəddinin görüşünə gələn kənd əhlidir... Vallah gülməlidir!

Abdulla Qədirov 2020-01-26 00:39:22

Buna pokazuxa deyilir.İcra Hakimiyyətləri YAP-ın namizədləri üçün belə məclislər düzəltdiyi bəllidir.Bəs indi hər seçki məntəqəsində orta hesabla 12-18 namizəd var.Bəs niyə ayrı seçkilik edilib.digər namizədlərlə belə görüşlər təəşkil olunmur? Bu saxtakarlıq deyilmi?

Son yazılar