Menu

Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu

07.11.2026, 10:11
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu

Qazaxda iki nəfərin mübahisəsi qanla bitib.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakinləri 2005-ci il təvəllüdlü İ.Əlizadə və 2007-ci il təvəllüdlü F.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs aralarında baş verən mübahisə zamanı bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol