"BÜTÜN BİLİK VƏ BACARIĞIMLA SİZLƏRƏ XİDMƏT EDƏCƏYƏM"- Raqif Muradov görəcəyi işlərdən danışdı + FOTOLAR

Növbədənkənar parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir.

Deputatlığa namizəd, seçki qərargahından "AzPolitika.info"ya verilən məlumata görə, İmişli və Beyləqan rayonunun daha dörd kəndində seçicilərlə görüşüb. 

Bütün kəndlərdə görüşlərda seçicilər fəal iştirak edərək, Raqif Muradova dəstəklərini ifadə ediblər.

İmişli rayonunun Oruclu kəndində seçicilərin görüşünə gedən Raqif Muradov, burada böyük hörmətlə qarşılanıb. Kənd sakinləri Raqif Muradovu hörmətlə qarşılayaraq, onun fikirlərini dinləyiblər.

Raqif Muradov çıxış edərək, öz platforması haqqında, deputat seçiləcəyi halda görəcəyi işlər barədə məlumat verib. Bildirib ki, əsas məqsədi Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan islahatlar kursuna dəstək verməkdir: "Ölkə qanunvericiliyinin təkmilləşdirilməsi, əlbəttə, bizim birinci vəzifəmiz olacaqdır. Təbii ki, seçicilərimin problemlərinin də həllinə nail olmaq istiqamətində millət vəkili kimi üzərimə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəm. Bunun üçün hər iki rayon rəhbərləri ilə birlikdə İmişli və Beyləqanın sosial-iqtisadi inkişafı üçün layihələr hazırlayacağıq, hökumət qarşısında problemləri qaldıracağıq. 

Eyni zamanda bu rayonlardan olub kənarda yaşayan imkanlı iş adamlarının dəstəyi ilə seçicilərimin sosial problemlərinin həlli üçün xüsusi layihələr həyata keçirməyi nəzərdə tuturam. Bir sözlə bütün bilik və bacarığımla Sizlərə xidmət etmək niyyətindəyəm."

Görüşdə iştirak edən seçicilər Raqif Muradova onları narahat edən problemlər  barədə məlumat veriblər. Sonda  yekdilliklə onu dəstəkləyəcəklərini bildiriblər.

Raqif Muradov daha bir  görüşünü İmişli rayonunun Əliqulular kəndindən reallaşdırıb. Bu kənddə də görüş çox yüksək səviyyədə keçib. Kənd ağsaqqaları və ziyalılarının qatıldığı görüşdə seçicilər fəal iştirak ediblər.

Görüşdə Raqif Muradov çıxış edərək, öz platforması haqda məlumat verib. Eyni zamanda ölkədə həyata keçirilən islahatların əhəmiyyətindən danışıb. Deputatlığa namizəd həm Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın tanıdılması, inkişafı, Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində beynəlxalq aləmdə apardığı işlərdən danışıb. 

Raqif Muradov kənd camaatının problemlərini də öyrənərək, onların həlli ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirib. 

Görüş iştirakçıları Raqif Muradovu dəstəkləyəcəklərini bildiriblər. 

Raqif Muradov İmişli rayonunun Çəfərli kəndində də seçicilərlə görüş keçirib. Bu görüş də yüksək səviyədə baş tutub. 

Görüşdə öz seçki platforması haqda məlumat verən Raqif Muradova seçicilər öz dəstəklərini ifadə ediblər.

Raqif Muradov isə onların etimadına layiq olmağa çalışacağını bildirib. Eyni zamanda kənd camaatını seçki prosesində daha fəal iştirak etməyə, hamını səsvermədə iştirak etməyə çağırıb.  

Görüşə kənd camaatı adından çıxış edən ziyalılar və ağsaqqallar Çəfərli kəndində hamının Raqif Muradova səs verəcəyini bəyan ediblər.

Raqif Muradov Beyləqan rayonunda da seçicilərlə görüşlərini davam etdirir. Rayonun Şahsevən kəndində olan deputatlığa namizəd kənd camaatına ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar barədə məlumat verdikdən sonra, deputat seçiləcəyi halda görmək istədiyi işlərdən danışıb. Onlara öz seçki platforması barədə məlumat verib. 

Şahsevən kəndinin sakinləri də seçkidə Raqif Muradovu dəstəkləyəcəklərini bildiriblər.

İmişli və Beyləqanda böyük dəstək qazanan Raqif Muradov seçicilərlə görüşlərini davam etdirib.  

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar