Gürcüstan vətəndaşlarına Çinə səfərləri məhdudlaşdırmağı tövsiyə edib

“Gürcüstan vətəndaşlarına Çinə səfərləri məhdudlaşdırmağı tövsiyə edirik”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Çindən Gürcüstana həyata keçirilən reyslər təxirə salınıb: “Bu gün yüksək səviyyədə görüş keçiriləcək və növbəti reyslərlə bağlı müvafiq qərar qəbul ediləcək”.

Nazir qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan və Çin arasında ticari əlaqələrə hər hansı bir məhdudiyyətin tətbiqi nəzərdə tutulmur.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 81-ə, yoluxanların sayı isə 2744 nəfərə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar