“MƏNİ SEÇSƏNİZ, SİZİN SƏSİNİZƏ ÇEVRİLƏCƏM” - Raqif Muradov İmişli və Beyləqanda izdihamlı görüşlər keçirib + FOTOLAR

Növbədənkənar parlament seçkilərində 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradov təbliğat-təşviqat kampaniyasş çərçivəsində seçicilərlə görüşlərini davam etdirib.

Bu barədə "AzPolitika.info"ya Raqif Muradovun seçki qərargahından məlumat verilib. Məlumatda bildirilir ki, dünən və bu gün Raqif Muradov İmişli və Beyləqan rayonunun qəsəbə və kəndlərində seçilərlə görüşlər keçirib.

Dünən Raqif Muradov İmişli rayonunun Boşçalılar kəndində seçicilərilə görüşüb. Kənddə böyük nüfuz sahibi olan Raqif Muradovla görüşə xeyli sayda seçici qatılıb.

Raqif Muradov çıxış edərək, həm öz seçki platforması, həm də Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahat barədə məlumat verib. Millət vəkili seçilərsə İmişli və Beyləqan rayonunda hər bir kəndin probleminin həllində yaxından iştirak edəcəyini bildirib.

Görüşdə çıxış edən kənd ağsaqqalları və ziyalıları Raqif Muradovu uzun illərdir tanıdıqlarını, ona etimad göstərdiklərini bildiriblər. Səmimi şəraitdə keçən görüşdə kənd sakinləri yekdilliklə Raqif Muradova səs verəcəklərini ifadə ediblər.

Dünən Raqif Muradov həmçinin İmişli rayanunun Sarıxanlı kəndində də seçicilərlə görüşüb.

Kənd sakinlərilə səmimi söhbət edən Raqif Muradov onları seçkidə fəal iştirak etməyə çağırıb. Deputatlığa namizəd son illər ölkədə həyta keçirilən islahatlar barədə kənd sakinlərinə məlumat verib.

Görüşə qatılan kənd sakinləri Raqif Muradova inandıqlarını, məhz onu öz deputatları kimi görmək istədiklərini bildiriblər. Onlar seçkidə Raqif Muradova səs vercəklərini bəyan ediblər.

Bu gün Beyləqan rayonunda Şərq qəsəbəsində olan Raqif Muradov burada da izdihamlı görüş keçirib.

Görüş başlamazdan əvvəl Raqif Muradov və seçki qərargahının üzvləri qəsəbədə Qarabağ müharibəsi Şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidənin önünə gül dəstləri qoyaraq, Şəhidlərin ruhuna dualar oxuyublar.

Sonra qəsəbə sakinləri ilə görüşən Raqif Muradov öz seçki platformasını açıqlayıb, depuata seçiləcəyi halda görəcəyi işlər barədə məlumat verib. Raqif Muradov hamını seçkidə fəal iştirak etməyə çağırıb.

“Hər birimiz öz vətəndaşlıq borcumuzu yerinə yetirərək, səsvermədə iştirak eməliyik. Siz seçkiyə qatılmalı, layiqli hesab etdiyiniz namizədi seçməlisiniz ki, o da sözün həqiqi mənasında sizin vəkiliniz olsun”- deyə, R. Muradov bildirib.

Deputatlığa namizəd son illər ölkədə həyta keçirilən islahatlar barədə də qəsəbə sakinlərinə məlumat verərək, sonuncu parlamentin üzvlərinin əksəriyyətinin ölkədə həyata keçirilən islahatlarla ayaqlaşa bilmədiyi üçün buraxıldığını vurğulayıb: “Prezidenti İlham Əliyev rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə ölkədə hər istiqamətdə islahatlar həyata keçirilir.

Dünənə qədər deputat olanların əksəriyyəti bu islahatlarda nəinki iştirak ediblər, əksinə öz yarıtmaz fəaliyyətlərilə aparılan işlərə kölgə salıblar. Parlament belələrinin yeri deyil. Buna görə Prezidentimiz də parlamentin yeni təfəkkürlü insanlardan formalaşmasının önəmli olduğunu vurğulayıb.

Mən də həm öz bilik və təcrübəmlə bu islahatlara fəal dəstək vermək, həm də öz elimin-obamın problemlərini hökumət qarşısında qaldırmaq üçün seçkilərə qatılmıışam. Məni seçsəniz, əmin olun ki, Sizin səsinizə çevriləcəm.”

Ziyalıların və ağsaqqalların da qatıldığı görüşdə Raqif Muradovun çıxışı böyük maraqla qarşılanıb. Görüşdə çıxış edənlər ona ehtiramlarını bildirərək, qəsəbədə hər kəsin Raqif Muradovu dəstəkləyəcəyini ifadə ediblər.

Yüksək səviyyədə keçən görüşdə, qəsəbə sakinləri uzun müddətdir həllini gözləyən problemləri haqda da danışıblar. Bunlrdan birincisi, qəsbədəki orta məktəbin qəzalı vəziyyətdə olmasıdır. Bu haqda aidiyyatı orqanlara müraciət etsələr də, problemin həll olunmadığını bildiriblər.

Raqif Muradov isə qəsəbə sakinlərinə söz verib ki, problemin ən qısa zamanda həll olunmasına çalışacaq.

Bu gün Raqif Muradov Beyləqan rayonunun Dünyamalılar kəndində də seçicilərilə görüşüb. Kənddə rayonda böyük nüfuz sahibi olan Raqif Muradovla görüşə xeyli sayda seçici qatılıb.

Burda da R. Muradov öz seçki platformasını açıqlayıb, depuat seçiləcəyi halda görəcəyi işlər barədə məlumat verib. Səmimi şəraitdə keçən görüşdə Raqif Muradov kənd sakinlərinin suallarını da cavablandırıb.

Görüşdə iştirak edən ağsaqqallar kənd camaatının rəyini ifadə edərək, 9 fevralda yekdilliklə Raqif Muradova səs verəcəklərini deyiblər.

Qeyd edək ki, əslən İmişli rayonundan olan Raqif Muradov nəinki rayonda, ümumiyyətlə həmin bölgədə böyük nüfuza malik şəxslərdən biridir. Vaxtilə yüksək vəzifələrdə işləmiş Raqif Muradovun keçdiyi həyat yolu, eldə-obada olan hörməti, İmişli və Beyləqan camaatının şəxsinə olan münasibəti onun dairədə deputatlığa əsas namizədlərdən biri və bəlkə də birincisi olduğunu söyləməyə əsas verir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar