Gürcüstan nümayəndə heyətinin üzvləri Avropa Şurası Parlament Assambleyasından (AŞPA) Rusiya nümayəndələrinin təşkilata qaytarılması məsələsinə yenidən baxmağı tələb edəcək. Bu bəyanatla Gürcüstan parlamentinin eks-spikeri İrakli Kobaxidze çıxış edib.
«Biz, Baltik ölkələrindən olan həmkarlarımızla və Ukrayna nümayəndələri ilə aktiv məsləhətləşmələr apardıq. Bizim planımız – Rusiya nümayəndələrinin tanınmasını sual altına almaqdan ibrətdir. Məsələ plenar iclasda qaldırılacaq. Biz, bu məsələni birlikdə qaldıracağıq. Vacibdir ki, məsələyə baxılması proseduruna başlansın. Biz, ümid edirik ki, bizim təşəbbüsümüz sonda uğurlu olacaq» - Kaxabidze bildirib.
Onun sözlərinə görə, «milli maraqlar hər şeydən əvvəl Gürcüstan bölgələrinin işğalı, suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır».
AŞPA-nın sessiyası Strasburqda yanvarın 27-də başlayıb, 31-nə qədər davam edəcək.
Xəbər verildiyi kimi, iyunun 26-da Assambleya Rusiya nümayəndə heyətinin səlahiyyətlərini tam həcmdə bərpa edib.
"AzPolitika.info"


Şərhlər