Çində koronavirusdan ölənlərin sayı 132-yə çatıb - Yoluxanların sayı 6 minə yaxındır


Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2019-nCoV koronavirusa yoluxanların sayı 5,974 nəfərə çatıb. Dövlət komitəsinin məlumatına görə, virusdan ölənlərin sayı 132nəfərə çatıb.

Nazirliyin xəbərində qeyd edilir ki, 1239 nəfərin vəziyyəti ağırdır. Məlumata görə, daha 9,2 min nəfərin koronavirusa yoluxduğu ehtimal edilir. Lakin bu diaqnozlar hələ təsdiqlənməyib.

Çində bu virusla bağlı karantində 60 mindən çox insan var. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar