Menu

Danışılmış oyunlarda iştirak edən klub Azərbaycan I Divizionundan kənarlaşdırılıb

29.01.2020, 12:05
Danışılmış oyunlarda iştirak edən klub Azərbaycan I Divizionundan kənarlaşdırılıb

“Ağsu” futbol klubu Azərbaycan I Divizionundan kənarlaşdırılıb.

"Report"un məlumatına görə, buna danışılmış oyunlarda iştirakları ilə əlaqədar komandadan uzaqlaşdırılan şəxslərin çoxluğu və klubun bu səbəbdən ikinci dövrədə oynamamaq qərarı səbəb olub. Rəhbərlik qərarını Peşəkar Futbol Liqasına (PFL) yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu”nu I Diviziondan kənarlaşdırmağı qərara alıb.

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdakı oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol