Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müşahidəçilərin qeydəalınma prosesi sabah başa çatacaq.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, proses başa çatdıqdan sonra ictimaiyyətə ümumi məlumat veriləcək.


Şərhlər