Bakıda yol kənarında dayanan qadın cərimələnib

Suraxanı rayonunda avtomobil yolunun kənarında dayanan qadının şəxsiyyəti müəyyən olunaraq Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinə (PB) gətirilib.

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, BŞBPİ və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə qadının hərkətlərində inzibati xətanın tərkib əlamətləri müəyyən olunub.

43 yaşlı şəxslə profilaktiki söhbətlər aparılıb, əməlinin hüquqazidd olması ona izah olunmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

t.ədalət 2020-01-29 22:56:58

Necə yəni,yol kənarında dayanmaq cinayət əməlidir?Belə çıxır ki,polis elə yaşadığın məhəllədə də sənə "maddə yapışdıra" bilər..

Son yazılar