Menu

Çin koronavirusla mübarizəyə 3,96 milyard dollar vəsait ayırıb

30.01.2020, 09:07
Çin koronavirusla mübarizəyə 3,96 milyard dollar vəsait ayırıb

Çinin bütün maliyyə idarələri yeni koronavirusun səbəb olduğu pnevmoniya ilə mübarizə üçün ümumilikdə 27,3 milyard yuan (təxminən 3,96 milyard dollar) ayırıb.

“Report” xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, epidemiyanın qarşısının alınması və onunla mübarizə tədbirləri maliyyə qurumları tərəfindən fəal şəkildə dəstəklənir.

Qeyd edək ki, Çində koronavirus pnevmoniyasından ölənlərin sayı 170 nəfərə çatıb. 7711 nəfər isə 2019-nCoV koronavirusuna yoluxub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol