Menu

Keçmiş prezidentə ikinci dəfə hökm oxunacaq

27.09.2014, 14:16
Keçmiş prezidentə ikinci dəfə hökm oxunacaq

Misirdə inqilab zamanı baş verən qarşıdurmalarda yüzlərlə nümayişçinin ölümündə təqsirləndirilən keçmiş prezident Hüsnü Mübarək ona elan olunacaq hökm üçün Qahirəyə gətirilib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotla paytaxta gətirilən Mübarəkə hökm Qahirə Polis Akademiyasında elan olunacaq. Misir KİV-i eks-prezidentlə bağlı məhkəməni “əsrin prosesi” adlandırır.

Mübarək 2011-ci ilin yanvar ayında baş verən inqilab zamanı 750-dən çox nümayişçinin öldürülməsində ittiham olunur. Bu keçmiş prezidentlə bağlı ikinci prosesdir və 496 gün davam edib. Onun ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan ilk məhkəmə hökmü 2012-ci ilin iyun ayında çıxarılıb. Vəkillər həmin hökmdən şikayət verdiklərinə görə, proses 2013-cü ilin aprel ayında yenidən başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol