Menu

Müsavat və ReAL Bəxtiyar Hacıyevə "yox" deyib - 29 saylı dairədə müxalif səslər parçalanır

30.01.2020, 15:13
Müsavat və ReAL Bəxtiyar Hacıyevə "yox" deyib - 29 saylı dairədə müxalif səslər parçalanır

29 saylı Səbail birinci Seçki Dairəsindən müstəqil namizəd, ictimai fəal Bəxtiyar Hacıyev həmin dairədən namizəd olan müxalifət nümayəndələrinə müraciət edib.

“AzPolitika.info” xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Namizəd bildirib ki, dairədə ciddi təşviqat aparan və aparmayan namizədlər var: "Bəziləri siyasi partiyaların namizədləridir, resurslarının az olduğunu özləri də bilirlər, etiraf edən də var, etməyən də. Bir neçə gündür partiyalarla danışıqlar aparırıq ki, 30-40 dairədən namizəd irəli sürüb, güclü kampaniya aparmayıb, resursları və dairələrdə səsləri bölməkdənsə, bəzi dairələrdə şansı daha yüksək olan namizədlərin lehinə birləşsinlər".

B.Hacıyev qeyd edib ki, onun müraciətinə bir neçə namizəd və partiya müsbət cavab verib. "Ancaq şansı, resursları, təşviqatı çox zəif olan, təşviqatın təxminən 10 günündə heç bir sistemli iş aparmayan, bunu bildikləri halda ümumi və ölkə maraqlarını yox, dar partiya maraqlarını güdərək addım atanlar da olur. Seçkidən sonra nəticələr açıqlansın, bu partiyalarla bağlı fikirlərimi geniş yazacam. Hələlik onu deyə bilərəm ki, Azərbaycandakı problemlərin kökündə həm də belə məqamlarda birlik, həmrəylik göstərə bilməmək dayanır", - o vurğulayıb.

Xatırladaq ki, 29 saylı Seçki Dairəsindən Müsavat Partiyası Fərəc Kərimovun, ReAL Partiyası Emin Babayevin, Ümid Partiyası isə Vüqar Rüstəmovun namizədliyini irəli sürüb. Onu da vurğulayaq ki, ReAL Partiyasının keçmiş üzvü, tanınmış tarixçi alim Altay Göyüşov Emin Babayevi namizədliyini B.Hacıyevin xeyrinə geri götürməyə çağırmışdı.

B. Hacıyevin yazdıqlarından belə məlum olur ki, adları çəkilən partiyalar onun təklifinə müsbət yanaşmayıblar.

AzPolitika.info

Şərhlər

Seçici 2020-01-30 16:28:54

Necə yəni namizəd namizədliyini digər namizədin xeyrinə geri götürsün.Bu nə deməkdir? Özünə hörmət etməyi bacaran nər bir namizəd öz resurslarını artırmağa həvəsli olmalıdır.Əks halda kiminsə çeyrinə seçkidən uzaqlaşmaq başa düşülən deyil.Necə yəni,namizəd öz şəxsiyyətinə hörmət etməyi bacarmırsa niyə ortaya atılıb? Bu yeni eybəcərlikdir!dger

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol