Menu

Masallı sakini polisi aldadıb

31.01.2020, 11:18
Masallı sakini polisi aldadıb

Masallı sakini polisi aldadıb.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə yanvarın 13-ü gecə saat 03:30 radələrində paytaxtın Moskva prospektində naməlum şəxsin Masallı rayon sakini, 1987-ci il təvəllüdlü R. Nağıyevi ülgüclə hədələyərək 185 manat pulunu alması barədə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi araşdırma nəticəsində "102" xidmətinə yalan məlumat verildiyi məlum olub. Polisə yalan məlumatın isə elə R. Nağıyevin özü tərəfindən verildiyi müəyyənləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol