Menu

İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib

31.01.2020, 15:55
İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib

İtaliyada koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

“Report” “Hürriyet”ə istinadla xəbər verir ki, fövqəladə vəziyyət 6 ay davam edəcək.

Qeyd edək ki, qərar İtaliyada 2 nəfərə koronavirus diaqnozu qoyulduqdan sonra verilib.

Xatırladaq ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus dünyanın 24 ölkəsində aşkarlanıb. Koronovirusdan ölənlərin sayı 213, yoluxanlar isə 9922 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol