78 saylı Lerik seçki dairəsindən namizəd Hüseynov Babək Meyxos oğlu izdihamlı görüşlərini davam etdirir. 

Namizəd, yanvar ayının 30-da öncədən nəzərdə tutulmamasına baxmayaraq, ağsaqqal və ziyalıların dəvəti ilə Amburdərə və Barzavu kəndlərdə seçiciləri ilə görüşüb.

Deputatlığa namizəd onu kəndlərinin girişində qarşılayan əhaliyə səmimi dəvət üçün dərin minnətdarlığını bildirub.

“Doğma Lerikimizin hər bir kəndi, hər bir yaşayış məntəqəsi bizim üçün əziz və qiymətlidir”, - B.Hüseynov deyib.

Səmimi çay süfrəsi arxasında davam edən görüşdə kənd ağsaqqalları və ziyalıları hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduqlarını, onun layiqli davamçısı İlham Əliyev cənablarını dəstəklədiklərini bildiriblər.

Daha sonra dövlət və dövlətçilik ənənələrindən bəhs edən Babək Hüseynov ölkədəki sosial–iqtisadi inkişafdan danışıb: “Heydər Əliyev Azərbaycan adını bir dövlət olaraq dünya tarixinə qızıl hərflərlə və əbədi olaraq yazdı. Heydər Əliyevin qeyri-adi istedadı, uzaq görən zəkası, unikal dövlətçilik məharəti dünya nəhəngləri arasında onun yerini müəyyənləşdirdi.

Heydər Əliyev məhz özü tarixi yaradan şəxsiyyət idi. O, zamanla ayaqlaşa bilən, bəzən onu qabaqlayan siyasətçilər cərgəsinə aiddir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin, onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün yeni keyfiyyət tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz misli görünməyən sürətli inkişaf dinamikasını yaşayaraq, regionun lider dövlətinə çevrilib.

Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf yolu ilə inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm iqtisadi əsaslar yaradan, ölkə miqyasında yuksələn xətlə sosial–iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdə olan, bu mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində demokratik yenidənqurma proseslərini günü–gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır”.

Babək Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətini yüksək qiymətləndirərək, onun öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini vurğulayıb: “Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgi və rəğbətini qazana bilib. Mehriban Əliyeva hazırda Birinci vitse-prezident kimi uğurla fəaliyyət göstərir, öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir”.

Daha sonra Babək Hüseynov növbədənkənar parlament seçkilərinin mahiyyəti haqqında əhaliyə məlumat verib: “Qanunverici orqan hakimiyyətin icraedici qolunun bütün sahələrində aparılan islahatlardan kənarda qala bilməz. Milli Məclisin yeni seçiləcək üzvləri, cənab Prezident tərəfindən ölkədə həyata keçirilən islahat və yeniliklərə adekvat olmalı, yeni düşüncəyə malik şəxslərdən ibarət olmalı və yenilikçi, unikal düşüncə tərzinə əsaslanan qanun yaradıcılığı prosesində iştirak etmək bacarığı göstərməlidir”.  

Səmimi ab-hava şəraitində keçən görüşdə çıxış edən ağsaqqal və ziyalılar Babək Hüseynovun Lerik seçicilərinin ən layiqli namizədi olduğunu, seçki günü seçki məntəqələrinə yalnız ona səs vermək üçün gedəcəklərini bildirdilər.