Menu

MSK YAP-ın namizədinə xəbərdarlıq edib

31.01.2020, 17:54
MSK YAP-ın namizədinə xəbərdarlıq edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol