«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, qonşu ölkənin hökuməti Çin vətəndaşlarına işçi viza verilməsinin müvəqqəti dayandırılması barədə qərar layihəsi hazırlayır.
«TASS» agentliyinin xəbərinə görə, bu barədə Baş nazirin müavini Tatyana Qolikova koronavirus infeksiyasının Rusiyaya gətirilməsi və yayılmasınn qarşısının alınması üzrə operativ qərargahın iclasından sonra danışıb.
Bundan əvvəl Qolikova bəyan etmişdi ki, Rusiyada koronavirusla iki yoluxma hadisəsi qeydə alınıb – Zabaykalyedə və Tomsk vilayətində.
O da məlum olub ki, Rusiya Monqolustanla sərhədin keçilməsi hallarını məhdudlaşdırır.
AzPolitika.info


Şərhlər