Menu

NMR-in Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilib

01.02.2020, 15:41
NMR-in Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 1-də Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Radio-Televiziya Ötürücü Mərkəzi publik hüquqi şəxsə çevrilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiq etmək, və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol