Menu

Deputatlığa namizəd qəzaya düşdü - Nazim Bəydəmirlinin maşını aşıb (FOTO)

01.02.2020, 15:54
Deputatlığa namizəd qəzaya düşdü - Nazim Bəydəmirlinin maşını aşıb (FOTO)

104 saylı Tovuz-Gədəbəy Seçki dairəsindən deputatlığa namizəd Nazim Bəydəmirli avtomobil qəzasına düşüb.

“AzPolitika” xəbər verir ki, namizədin özü bu barədə məlumat verib. N.Bəydəmirli sosial şəbəkədəki hesabında bildirib ki, Gədəbəyin İsalı kəndindən görüşdən qayıdarkən Fərzalı kəndinin ərazisində yolun buzlu olması səbəbindən idarə etdiyi avtomobil sürüşərək yoldan çıxıb və aşıb. Xoşbəxtlikdən özü xəsarət almayıb.

Buna baxmayaraq, rayonun Zamanlı, Mor-Mor, Göyəmli kəndlərindəki görüşləri təxirə salmaq məcburiyyətində qalıb.

“Sabahdan görüşlərimiz davam etdiriləcək, bu millətin yolunda ölümə də hazır olmalıyıq. Biz fəaliyyətimizlə qələbəni çoxdan təmin etmişik, rəsmiləşdirmək isə dövlətin işidir. İstəsə rəsmiləşdirəcək, istəməsə yox, bu sadə həqiqəti isə hamı bilir” - N.Bəyədmirli vurğulayıb.

Şərhlər

Tahir Vəliyev 2020-02-01 18:51:23

Bu nu necə anlamaq olar: "Dövlətistəsə rəsmiləşdirər,istəməsə yox". Deməli belə anlaşılır ki, seçki mənasız və formldır.Yuxarıdan istəsələr protokolda onun adı olar,istəməsə yox kimi anlaşılmır?i

Cabir 2020-02-01 18:07:28

Surduyu mawina baxin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol