Menu

ABŞ “Əl-Qaidə”nin İraq hücrəsinin rəhbərini ələ keçirdi

01.02.2020, 19:31

ABŞ hakimiyyəti “Əl-Qaidə”nin İraqın Fəllucə şəhərindəki hücrəsinin rəhbərini saxlayıb.Yerli KİV-in yazdığına görə, məlumatı ABŞ-ın Ədliyyə Nazirliyi yayıb.

Məlumata görə, saxlanılan Əli Yusif Əhməd ən-Nuri adlı şəxs Arizona ştatının Finiks şəhərinin sakini olub. Onun 2006-ci ildə törədilən cinayətlərə görə axtarıldığı və İraq tərəfinin müraciəti əsasında saxlanıldığı vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol