Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Həsənsu kəndində qeydə alınıb.
Kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən, 1958-ci il təvəllüdlüXüdayar Zeynalovu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər