Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovskini qəbul edib.
Milli Məclisdən verilən məlumata görə, O.Əsədov Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın gələcəkdə də davam edəcəyini deyib.
Spiker Azərbaycanda rus dilinə yaxşı münasibətin olduğunu və ölkəmizdə rus dilində məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
V.Jirinovski isə Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez-tez yüksək səviyyəli görüşlərin keçirildiyini deyib. O, qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişafı üçün böyük imkanlar var: “Azərbaycan və Rusiya arasında münasibətlər daha da yüksək səviyyədə olmalıdır”.
V.Jirinovski bildirib ki, Azərbaycanla Rusiya daim sadiq tərəfdaş olublar: "Bu, Heydər Əliyevin hakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə də belədir. Əminəm ki, bu tərəfdaşlıq daimi olacaq”.


Şərhlər