Menu

Aqiyə Naxçıvanlı Qəbələnin daha üç kəndində seçicilərlə görüşüb - FOTOLAR

03.02.2020, 12:53
Aqiyə Naxçıvanlı Qəbələnin daha üç kəndində seçicilərlə görüşüb - FOTOLAR

117 saylı Oğuz-Qəbələ dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Aqiyə Naxçıvanlı növbəti görüşünü Qəbələnin Xırxatala, Ciğatelli və Aydınqışlaq kəndlərinin seçiciləri ilə keçirdi.

Görüşdə çıxış edən Aqiyə xanım ölkədə aparılan islahatlarla, namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının seçki platforması və fəaliyyəti ilə bağlı geniş məlumat verdi.

Çıxış edən seçicilər yaşadıqları kəndlərin problemlərindən söhbət açdılar və bu problemlərin tezliklə həll olunmasında vasitəçi olmağını Aqiyə Naxçıvanlıdan xahiş etdilər.

Eyni zamanda bildirdilər ki, fevralın 9-da keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər. 

Şərhlər

REYHAN 2020-02-03 23:53:17

Aqiyə xanım Qəbələnin Tola kəndinə də gəlsin. Bu kəndin yolu o qədər bərbaddır ki yaziq əhali daim əziyyət çəkir. Qaz yoxdur.Qəbələnin ən bərbad kəndidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol