Menu

Koronavirusdan ölənlərin sayı 521-ə çatıb

03.02.2020, 17:21
Koronavirusdan ölənlərin sayı 521-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı artıb. “Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu bu ölkənin baş konsulu Suy Vey deyib.

Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var.

Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17 205 nəfər idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol