Menu

“İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib” - Türkiyənin Müdafiə naziri

03.02.2020, 21:48
“İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib” - Türkiyənin Müdafiə naziri

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrdən aldğımız məlumata görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”.

Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.

Şərhlər

vidadi goyce 2020-02-04 09:25:51

aferin mehmetcikler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol