Menu

Bakı sakini özünü ağacdan asdı

04.02.2020, 11:21
Bakı sakini özünü ağacdan asdı

Bakıda intihar hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 3-də, paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Bədəlov Elxan Telman oğlu yaşadığı fərdi yaşayış evinin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol