Menu

Bakıda 42 yaşlı qadın dəm qazından boğulub

05.02.2020, 11:08
Bakıda 42 yaşlı qadın dəm qazından boğulub

Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1978-ci il təvəllüdlü Hüseynova Səadət Fəxrəddin qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol