Menu

DİN qəzada ölən polislə bağlı məlumat yaydı - FOTO

05.02.2020, 14:49
DİN qəzada ölən polislə bağlı məlumat yaydı - FOTO

Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşının yol qəzasında ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən bildirilib ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən sabiq polis əməkdaşı Vüsal İsmayılov 2018-ci ildə mənfi motivlərlə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd olunub ki, məlum hadisə fevralın 4-də saat 2 radələrində Səbail rayonunun Neftçilər prospektində baş verib. Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi “Suzuki” markalı motosikleti yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol