Menu

Bakıda minaatan mərmisi aşkar olunub

06.02.2020, 18:39
Bakıda minaatan mərmisi aşkar olunub

Bu gün saat 12:44-də ANAMA-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində qazıntı işləri aparılarkən 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. ANAMA-nın mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək qurumun mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərminin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol