Menu

Gəncədə məktəbli dəm qazından boğularaq ölüb

06.02.2020, 22:22
Gəncədə məktəbli dəm qazından boğularaq ölüb

Gəncədə 13 yaşlı uşaq dəm qazından boğularaq ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Əkbərov Xəyal Rövşən oğlu zəhərlənmə əlaməti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, ancaq həkimlərin yardımlarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol