Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri, 110 saylı Zaqatala Seçki Dairəsindən deputatlığa namizəd Elşən Musayev seçicilərlə keçirdiyi görüşdə etirazla qarşılanıb.
“AzPolitika.info” sosial şəbəkələrdə yayılan videogörüntülərə istinadən bildirir ki, namizədin etriaz edən seçicilərdən birinə cavabında kobud şəkildə “istəyirsən, sən səs vermə” deməsi zalda gərginlik yaradıb. Rayon sakinləri çıxış edərək 4 il müddətində heç bir problemi həll etmədiyini və əhali ilə görüşlərə gəlmədiyini bildirərək Elşən Musayevi tənqid ediblər.
Seçicilərin kəskin etirazı ilə qarşılaşan namizəd görüşü yarımçıq qoyaraq zalı tərk etməli olub. Bu zaman zaldakılar onu fitə basıblar.
Həmin görüntüləri təqdim edirik:


Şərhlər