Menu

Gəncədə gənclər arasında dava oldu, bıçaqlananlar var

07.02.2020, 23:07
Gəncədə gənclər arasında dava oldu, bıçaqlananlar var

Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə axşam saatlarında mərkəzi unverimaqın yaxınlığında qeydə alınıb.

Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb.

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananınTravmatologiyaya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol